CompEx

CompEx, potensial təhlükəli iş yerlərində işəgötürənlərin təhlükəsizliyini təmin etdiklərinə dair tam əminlik yaratdığı üçün bir çox dəniz zavodlarında məcburi bir tələb halına gəlmişdir. Bu, Beynəlxalq Elektrotexnika Standartları Komissiyasına (IEC) əsasən Mühəndislik Avadanlıqlarının və Materiallarının İstifadəçilərinin Assosiasiyası (EMMUA) və binalarda mühəndislik sistemləri sektoru üçün real iş şəraitində təlim keçmək sahəsində aparıcı şirkət olan JTL tərəfindən birgə hazırlanmış səriştəliliyin təsdiqlənməsi təşəbbüsüdür.

1994-cü ildə təsis edilən CompEx Sertifikatlaşdırma Təşkilatı hal-hazırda ISO/IEC 17024:2012 Uyğunluğun qiymətləndirilməsi standartı üzrə akkreditə olunmuşdur.

Bu, quruda və dənizdə neft-qaz, əczaçılıq, enerji, kimya sənayesi və s. kimi partlayış potensialı olan mühitlərdə və təhlükəli ərazilərdə yerləşən sənaye sahələrində işləyən elektrotexnika işçiləri üçün dünya miqyasında tanınmış təlim və qiymətləndirmə proqramıdır. CompEx təlimi təşkilatlara 1989-cu ilin “İşdə elektrik enerjisindən istifadə” Qanununa və digər qanunların tələblərinə uyğun fəaliyyət göstərməyə kömək edir.


CompEx kursunda əsas biliklər və praktiki qiymətləndirmə yeni ‘Ex’ tipli avadanlıqların fiziki olaraq quraşdırılmasını, montajını həyata keçirən və əvvəllər quraşdırılmış avadanlıqlarda profilaktik təmir və yoxlamalar aparan elektrotexnika işçiləri üçün nəzərdə tutulur.

Dörd bölmədən ibarət olan tam CompEx 01,02,03,04 kursunu bitirən nümayəndələr aşağıdakıları bacaracaqlar:

  • Partlayış təhlükəsi olan mühitlərdə elektrik aparatlarının hazırlanması və quraşdırılması
  • Partlayış təhlükəsi olan mühitlərdə elektrik aparatlarının yoxlanılması və texniki xidmətin göstərilməsi


Qeyd edək ki, tam CompEx 01-04 kursu (CompEx Təməl kursundan fərqli olaraq) elektrik və ya NÖC (nəzarət ölçü cihazları) sahəsində iş təcrübəsi olmayanlar üçün nəzərdə tutulmayıb.

        

Kursun məzmunu:

  • Ümumi prinsiplər: alışma həddləri UEL (partlayış təhlükəsinin yuxarı həddi) / LEL (partlayış təhlükəsinin aşağı həddi), yanma nöqtəsi, alovlanma temperaturu, nisbi sıxlıq, sahənin BS EN60079 üzrə təsnifatı
  • 10-1, qaz qarışıqlarının qruplaşması, temperatur təsnifatı, toz və nəmdən qorunma
  • Standartlar, sertifikatlaşdırma və nişanlama, Aİ Direktivləri ATEX 95 və ATEX 137, Avadanlıq kateqoriyaları və Avadanlığın qorunma səviyyəsi
  • Partlayışa davamlı Ex 'd' qorunması
  • Təhlükəsizlik dərəcəsi artırılmış Ex 'e' qorunması
  • Ex 'n', 'nR', 'nA', 'nC' və 'nL' qorunma növləri
  • Təsyiq artanda Ex 'px', 'py' və 'pz' qorunması
  • Qığılcıma qarşı (daxili təhlükəsizlik) Ex 'ia', 'ib' və 'ic' qorunması
  • Digər qorunma üsulları, Ex 'o', Ex 'q', Ex 'ma', 'mb' və 'mc'
  • Qarışıq (hibrid) qorunma üsulları
  • BS EN60079-14 standartına uyğun avadanlıqların seçilməsi, montajı və quraşdırılması (o cümlədən kabel sistemləri): kabellər, kabel muftası və onların aksesuarları, elektrik sınaqları, izolyasiya prosedurları
  • Avadanlıqların BS EN 60079-17 standartına uyğun inspeksiyası və texniki xidməti
  • Səriştəliliyin təsdiqlənməsi sınağına giriş
  • İşə icazə sistemi və təhlükəsiz izolyasiya.

Dörd bölmə üzrə səriştəlilyin qiymətləndirilməsi:

  • EX01 Ex 'd', 'e', 'n' tipli avadanlıqların hazırlanması və quraşdırılması
  • EX02 Ex 'd', 'e', 'n' tipli avadanlıqların yoxlanılması (inspeksiyası) və onlara texniki xidmət
  • EX03 Ex 'i' sistemlərinin hazırlanması və quraşdırılması
  • EX04 Ex 'i' sistemlərinin yoxlanılması və onlara texniki xidmət
  • Çox seçimli suallardan ibarət onlayn imtahan.

Qeydiyyat formu

Daha çox təlim