Pnevmatikaya giriş

Sənayedə bir çox yığım və istehsal xətlərində əsas güc mənbəyi kimi pnevmatikadan istifadə edilir. Pnevmatik sistemlərdə silindrləri, mühərrikləri və ya digər mexaniki hissələri hərəkət etdirmək üçün qaz və ya sıxılmış havadan istifadə edilir. Pnevmatikanın tətbiq sahələri genişdir, o cümlədən

  • İstehsalat sənayesi, avtomobil sənayesi, dəzgah istehsalı, məişət və sənaye cihazlarının istehsalı.
  • Emal sənayesi – kimya, neft-kimya, qida emalı, tekstil, kağız və s.
  • Pnevmatika avtomobillərin və dəmir yolu vaqonlarının əyləc sistemində, mətbəə maşınlarında istifadə olunur.
  • Pnevmatik sistemlərin sənaye robotlarında tətbiqi geniş yayılmışdır.

Bu tip sistemlərdə işləyən işçilərin pnevmatik güclə hərəkətə gələn sistemlərin iş prinsipləri barədə əsas biliklərə sahib olmaları çox vacibdir; bu onlara müvafiq istehsal xəttini təhlükəsiz tərzdə istismar etməyə, həmçinin nasazlıqların ilkin diaqnozunu qoymağa, sistemə texniki xidmət göstərməyə və nasazlıqların aradan qaldırlmasına kömək etməyə imkan verəcək.

Bu üç günlük giriş kursu iştirakçılara pnevmatik sistemin komponentlərinin, dövrə quruluşunun müəyyən edilməsi üzrə nəzəri və praktiki bacarıqları, həmçinin nasazlıqların tapılmasının əsas üsullarını və pnevmatik sistemlərin təhlükəsiz tərzdə istismar edilməsi qaydalarını öyrədir.

Kursun məzmunu sifarişçinin tələblərinə uyğun olaraq dəyişdirilə bilər.

KURSUN MƏZMUNU:

  • Giriş  
  • “Pnevmatika” nə deməkdir?
  • Hava necə işləyir?
  • Maddənin üç halı
  • Qazın sıxılması
  • Sıxılmış havanın üstünlükləri (pnevmatiklər)
  • Əsas pnevmatik sistemlər
  • Hava haqqında ümumi məlumat
  • Sıxılmış hava boru kəmərlərinin tərtibatı
  • Hava təchizatının qoşulması 
  • Təzyiq tənzimləyicisi
  • Sıxılmış havanın verilməsi (təchizatı) bloku 
  • Pnevmatik sistemlərin simvolları
  • İş prinsipləri
    • İş prinsipləri - sıxılma 
    • İş prinsipləri - ötürücülər 
    • İş prinsipləri - ikigedişli silindrlər
    • İş prinsipləri - klapanlar
    • İş prinsipləri - idarəedici (pilot) klapanlar
    • İş prinsipləri - istiqamətverici klapanlar
    • İş prinsipləri - məkik klapan 
    • İş prinsipləri - sürəti tənzimləyən klapan / taymer
  • Qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim