Valların Mərkəzə Uyğunlaşdırılması

Bu kursda mərkəzə uyğunlaşdırmanın lazer texnologiyasına diqqət yetirməklə, maşınların vallarının mərkəzə uyğunlaşdırılması prinsipləri haqqında, uyğunlaşmanı ölçməyin və düzəltməyin müxtəlif üsulları haqqında geniş məlumat verilir. Bu kurs mərkəzə uyğunlaşdırma texnikası üzrə peşəkar dərəcəyə yiyələnməli olan, kip oturmayan dayaq problemlərini həll etməyi öyrənməli olan və mərkəzə uyğunlaşdırmaya dair mürəkkəb problemləri aradan qaldırmalı olan montajçılar, təmir işçiləri, nəzarətçilər və mühəndislər üçün nəzərdə tutulmuşdur. Bu kurs mərkəzə uyğunlaşdırma üzrə işlərin yerinə yetirilməsi metodologiyasına dair ətraflı təlimatlardan və praktik məşğələlərdən ibarətdir.
Bu 4 günlük təlim iştirakçılara valların mərkəzə uyğunlaşdırılması işi barədə əsas nəzəri və praktiki biliklər verəcək.

KURSUN MƏZMUNU:

  • Giriş
  •  “Maşınların quraşdırılması: mərkəzə uyğunlaşdırmanı uğurla yerinə yetirmək üçün 10 əsas addım
  • Siferblat göstəricisini oxumaq
  • Mərkəzə uyğunlaşdırmadan öncəki yoxlamalar
  • Uyğunsuzluqların və mərkəzə uyğunlaşdırmanın növləri
    • Şaquli bucaqlı uyğunsuzluq
    • Şaquli paralel uyğunsuzluq
    • Üfüqi bucaqlı uyğunsuzluq
    • Üfüqi paralel uyğunsuzluq
  • Təqribi mərkəzə uyğunlaşdırmanın həyata keçirilməsi 
    • Paz və ya konusşəkilli kalibr istifadə etməklə mərkəzə uyğunlaşdırma
  • Mərkəzə uyğunlaşdırmanın metodları 
  • Sınıq və sürüşmə zamanı uyğunlaşdırma 
    • İşlənmiş nümunələrə düsturlar tətbiq etmək
    • Sınıq və sürüşmə zamanı uyğunlaşdırma üzrə praktika
  • Qrafik uyğunlaşdırma / Geri
    • Mərkəzə uyğunlaşdırmanın sxemləri 
  • Lazer vasitəsilə mərkəzə uyğunlaşdırma 
    • Lazer vasitəsilə mərkəzə uyğunlaşdırma üzrə təlimat
    • Lazer vasitəsilə mərkəzə uyğunlaşdırmanın praktik olaraq həyata keçirilməsi 
  • Qiymətləndirmə 

Qeydiyyat formu

Daha çox təlim