“City & Guilds” NVQ 3-cü Səviyyə Sertifikatı – Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi

“TCS” Şirkəti Peşəkar Sağlamlıq və Əməyin Təhlükəsizliyi üzrə Böyük Britaniyanın “City and Guilds” Peşə Kvalifikasiyası üzrə 3-cü səviyyəli “NVQ” sertifikat proqramını təqdim edir.


NVQ təlim kursu deyil və burada imtahan yoxdur.
NVQ kvalifikasiyasına yiyələnmək üçün siz tələb olunan peşəkar səriştə səviyyəsinə uyğun olduğunuzu sübut edən məlumat portfeli hazırlayırsınız: bu məlumat portfeli  sizin bilik və bacarıqlarınızdan (əmək təcrübənizdən) ibarət olmalıdır. Buna görə də tələb olunan məlumatları hazırlamaq üçün siz iş yerinə daxil olmalısınız.


“City & Guilds” kvalifikasiya komissiyasının peşə sağlamlığı və əməyin təhlükəsizlik üzrə 3-cü səviyyə NVQ sertifikatı imtahanlardan xoşu gəlməyən və ya imtahanlarda oturmağa hövsələsi çatmayan insanlar üçün ideal variantdır. Bunun üçün siz peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə (ən azı müəyyən) vəzifə funksiyalarını ehtiva edən bir işdə çalışmalınız, belə ki, siz (imtahanda oturmaq əvəzinə) vəzifənizin öhdəsindən gələ bildiyinizi sübut etmək üçün gündəlik fəaliyyətləriniz haqqında məlumat toplamalısınız.

Siz NVQ kvalifikasiyasına istənilən vaxt başlaya bilərsiniz. Bir qayda olaraq, bu proses maksimum 12 ay davam edir.
NVQ bütün dünyada geniş tanınan kvalifikasiya dərəcəsidir.

Bu kvalifikasiya kim üçün nəzərdə tutulub?
İş yerində peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə standart təcrübənin lazımı qaydada tətbiqi sahəsində öz bacarıq və biliklərini artırmaq istəyən namizədlər.

Bu kvalifikasiya nələri ehtiva edir?
NVQ kvalifikasiyası namizədlərə peşə sağlamlığı və əməyin təhlükəsizliyi  sektorunda məşğulluq və / yaxud karyera yüksəlişi baxımından tələb olunan bacarıqların öyrənilməsi, inkişaf etdirilməsi və tətbiqi üçün şərait yaradır.

3-cü səviyyəli NVQ sertifikatının təmin etdiyi faydalar    

  • IOSH institutu tərəfindən assosiativ (texniki) üzvlüyə qəbul (TechIOSH).
  • Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə imtahansız rəsmi kvalifikasiya.

NVQ kvalifikasiyası ilə bağlı hər hansı rəsmi qəbul tələbi mövcud deyil, lakin:

Qəbul tələbləri
Siz ingilis dilini yaxşı bilməlisiniz;
Siz peşə sağlamlığı və əməyin təhlükəsizliyi funksiyalarını ehtiva edən vəzifədə çalışmalısınız;

IOSH Təhlükəsiz idarəetmə, İşin yerinə yetirilməsinə nəzarət, Fövqəladə vəziyyətlərə (qəza hallarına) hazırlıq və SƏTƏM üzrə digər (tez-tez istifadə olunan) kvalifikasiya dərəcələrinə malik olmaq üstünlük sayılır.

Yaş məhdudiyyəti
“City & Guilds” komissiyası 19 yaşına çatmayan şəxsləri bu kvalifikasiya üçün qəbul etmir.

Struktur
Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə 3-cü səviyyəli NVQ sertifikatını almaq üçün siz ümumilikdə 31 bal toplamalısınız. Siz icbari bəndlər (301-305) üzrə 23 bal, əlavə bəndlər (306-309) üzrə isə ən azı 8 bal toplamalısınız.

İcbari bəndlər
Bənd 301:      Peşə sağlamlığı və əməyin təhlükəsizliyi risklərini azaltmaq məqsədi ilə həyata keçirilən tədbirlərə görə məsuliyyətin təmin edilməsi (4 bal)
Bənd 302:      İş əməliyyatlarını təhlükəsiz şəkildə idarə etmək üçün prosedurlar hazırlamaq (4 bal)
Bənd 303:      İş əməliyyatlarını təhlükəsiz şəkildə idarə etmək üçün prosedurlara nəzarət etmək (5 bal)
Bənd 304:      İş yerində peşə sağlamlığı və əməyin təhlükəsizliyi mədəniyyətini təşviq etmək (4 bal)
Bənd 305:      İş yerində peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə risk qiymətləndirməsi aparmaq (6 bal)

Əlavə bəndlər
Bənd 306:      İş yerində peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə hadisə və şikayətləri araşdırmaq və dəyərləndirmək (5 bal)
Bənd 307:      İş yerində həyata keçirilən tədbirlərin ətraf mühitin mühafizəsinə yönəldiyindən əmin olmaq (4 bal)
Bənd 308:      İş yerində peşə sağlamlığı və əməyin təhlükəsizliyi prosedurlarını nəzərdən keçirmək (4 balı)
Bənd 309:      İş yerində namizəd üçün peşə sağlamlığı, əməyin təhlükəsizliyi və məişət şəraitinə nəzarət etmək (4 bal)

İlkin qiymətləndirmə
“City & Guilds” kvalifikasiya komissiyasının NVQ sertifikatına namizəd olan şəxslərin  siyahısına daxil edilmək üçün siz (kursa qəbul olunmazdan əvvəl) qısa özünüqiymətləndirmə anketini (“Skill Scan”) doldurmalısınız. Suallar NVQ bəndlərinin əsasında hazırlanıb və NVQ kvalifikasiyasının sizə uyğun olub olmadığını (əgər uyğundursa, konkret olaraq hansının uyğun olduğunu) müəyyənləşdirməkdə “TCS” şirkətinə kömək edəcək. Həmçinin bu anket sayəsində siz hər hansı səriştə çatışmazlığını, çətinlik çəkə biləcəyiniz sahələri, eləcə də məlumat toplamağa başlamaq üçün ən münasib sahələri müəyyən edə biləcəksiniz.

Eyni zamanda, bu anket sayəsində “TCS” şirkəti:

  • hər hansı konkret təlimə ehtiyacınızın olub olmadığını;
  • kvalifikasiyaya  aid olmaq şərti ilə tamamlamış olduğunuz hər hansı bəndin və ya topladığınız balın mövcudluğunu müəyyənləşdirə biləcək.

Qiymətləndirmə prosesi
Vaxt məhdudiyyəti:
Siz qiymətləndirməni qeydiyyat müddəti ərzində tamamlamalısınız. Bir qayda olaraq, bu proses maksimum 12 ay davam edir.

Proses:
NVQ  kvalifikasiyaları peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə əsas mövzuları ehtiva edən bəndlərə bölünür və hər bəndin öz qiymətləndirmə meyarı var. Siz bu meyarlara uyğun olduğunuzu sübut etmək üçün məlumat toplamalısınız. Biz sizin üçün NVQ üzrə qiymətləndirici-mütəxəssis təyin edəcəyik və o, nə etməli olduğunuzu və hansı məlumatları toplayacağınızı izah edəcək. Şəxsi qiymətləndiriciniz düzgün məlumatları toplamaqda sizə kömək etmək məqsədi ilə tapşırıqlar verə bilər.
Məlumatların hamısını siz özünüz hazırlamalısınız (bir qayda olaraq, bu cür məlumatlar sənəd, video, fotoşəkil, şahid ifadələri və s. ibarət olur).

İşinizin nəticəsi:

  • Tərəfinizdən aparılan risk qiymətləndirmələri;
  • Tərəfinizdən hazırlanmış və / yaxud həyata keçilmiş peşə sağlamlığı və əməyin təhlükəsizliyi təlimi;
  • Tərəfinizdən həyata keçilmiş peşə sağlamlığı və əməyin təhlükəsizliyi yoxlamalarının nəticələri;
  • Tərəfinizdən aparılmış qəza araşdırmalarının nəticələri / yekunları və s.

“TCS” şirkəti sizin üçün münasib olan istənilən yerdə və vaxtda (həftənin 7 günü 24 saat ərzində) məlumatlarınızı (İnternetə) yükləmək üçün e-Portfel sistemini təklif edir. Siz öz məlumatlarınızı yüklədikdən sonra qiymətləndiriciniz həmin məlumatları “onlayn” rejimində nəzərdən keçirərək qiymətləndirəcək. Siz tələb olunan sayda bəndi tamamlaya bilsəniz  (nailiyyətiniz həm daxili, həm də kənar yoxlayıcılar tərəfindən təsdiq olunduqdan sonra) sizə NVQ sertifikatı təqdim ediləcək.

Necə müraciət etməli:
Təlim mərkəzi tərəfindən təyin edilmiş kursa yazılmaq üçün “skill scan” anketini doldurmağınız xahiş olunur.

3-cü səviyyəli NVQ sertifikatı üçün “Skill Scan” anketi
Siz “Skill Scan” anketini doldurduqdan sonra, anketin nəticələri təlim mərkəzi tərəfindən qiymətləndiriləcək və əlavə tövsiyələr vermək üçün sizinlə əlaqə saxlanılacaq. “Skill scan” anketi üzrə yoxlamadan keçə bilməyən şəxslərə (NVQ sertifikatına namizədlərin siyahısına daxil edilməzdən əvvəl) əlavə təlim tövsiyə olunacaq.

Biz NVQ kvalifikasiya dərəcəsinin sizin üçün uyğun olduğuna əmin olmamış, sizdən heç bir ödəniş tələb etməyəcəyik.

Qeydiyyat formu

Daha çox təlim