Düşən Əşyalar üzrə Tanışlıq (DROPS tərəfindən)

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Qanunlara görə hər kəsin təhlükəsiz iş prosedurlarını, qarşılaşa biləcəyi təhlükələri və işi təhlükəsiz yerinə yetirmək və idarə etmək üçün tələbləri bilməsinə hər zaman ehtiyac vardır.

Sağlamlıq və Təhlükəsizlik təlim kursları, neft və qaz, inşaat, kimya, əczaçılıq, qida sənayesi və s. daxil olmaqla müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. Sağlamlıq və Təhlükəsizlik kateqoriyasına daxil olan təlim kursları: IOSH MS, MIST, ISO 45001 PST İdarəetmə Sistemləri, Hüquqi və Digər Tələblər, Qəza və Hadisələrin Araşdırılması, Hündürlükdə İş, COSHH, Elektrik Təhlükəsizliyi, Sürücülük Təhlükəsizliyi, Radiasiya Təhlükəsizliyi və s. daxildir.

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

Aşağıdakılar kursun məzmununu əhatə edir:

KURSUN MƏZMUNU:

  • “Düşən əşya” məfhumu
    • Terminlər və anlayışlar;
    • Statik və dinamik düşən əşyalar;
    • İlkin bərkidilmə, sonrakı saxlanma və təhlükəsiz bağlanma;
    • Səbəblər və səbəb amilləri;
    • Hadisələrin və qabaqlayıcı tədbirlərin icmalı;
    • Problem necə həll edilməli;
  • Düşən əşyaların nəzarət və qarşısının alınması
    • Təhlükəli amillərin araşdırılması;
    • Riskin qiymətləndirilməsi;
    • Risklərin təsnifatı;
    • Düşən əşyalar qarşısının alınması üzrə kompüter proqramında hesabatlar;
    • İdarəçilik və məsuliyyət;
    • Qabaqlayıcı və yumşaldıcı tədbirlər;
    • Yoxlama, təftiş və texniki xidmət;
    • Nəticələrin ləğv edilməsi;
    • Təkmilləşdirmə tədbirləri;
    • Təftiş/Nəzarət;
    • Dəyişikliklərin daxil edilməsinin ardıcıllığı;
    • Hündürlükdə iş aparıldıqda istifadə olunan alətlər;
    • Sənaye təhlükəsizliyi;
    • Təhlükəli zonalar;
    • Yoxlamalar planları və ardıcıllıqları;
    • Su altındakı düşən əşyalar;
    • Düşən əşyalar üzrə qabaqcıl təcrübə;
    • Sabit təhlükəsizlik;
    • Məsuliyyət;
    • Nümunələrin qarşılıqlı gətirilməsi;
  • Təchizatın sistemli təşkilatçılığı vasitəsilə həyata keçirən düşən əşyalar qarşısının alınması (qısaca)
    • Düşən əşyalar və təchizatın standart ardıcıllığının hər mərhələsində olan vəziyyətin yaxşılaşdırması üçün imkanlar ilə bağlı təhlükələrin araşdırılması
  • Təhlükələrin müşahidə olunması
    • Təhlükəli amillər aydınlaşdırılmasının qarşılıqlı və əməli tədbiqi
    • Məlumatlandırma və anlayış

Qeydiyyat formu

Daha çox təlim