TCS-IVQ Level 2 | Keyfiyyətə Zəmanət

Peşə Təhsili çeşidli tədris növlərindən biri olub, məqsədi az təcrübəli və ya təcrübəsiz işçilərdə geniş peşə sahələri üzrə tələb olan bacarıqları inkişaf etdirməkdir.

TCS müxtəlif sənaye sektorlarında texniki cəhətdən səriştəli kadrlara olan artan tələbatı qarşılamaq üçün Peşə Təhsili  çərçivəsində Beynəlxalq Peşə Proqramlarını  təqdim edir. Bu proqramlar texniki peşə təhsilinə oxşar olsa da, qısamüddətli peşə kursları şəklində hazırlanmışdır.

Hər hansı bir sahə üzrə peşə proqramını müvəffəqiyyətlə başa vuran namizədlərə TCS tərəfindən Azərbaycan Respublikasının daxilində və xaricində rəsmi olaraq tanınan beynəlxalq sertifikatlar və tövsiyə məktubları veriləcəkdir.

TCS IVQ proqramı normativ sənədlər və üstün sənaye təcrübəsinə istinadən həm yerli, həm də beynəlxalq tələblərə cavab verən standartlar əsasında hazırlanmışdır. Bu proqram Azərbaycanda və Beynəlxalq bazarda müxtlif sənaye sektorlarında çalışmaq arzusunda olanlar üçün nəzərdə tutulub.

Tədris prosesi həm nəzəri, həm də praktik şəkildə davam edir və praktiki hissə tədris prosesinin 50-80%-ni əhatə edir.

Kursun ətraflı təsviri aşağıdakı kimidir:

KURSUN MƏZMUNU:

  • Giriş
  • Təhlükəsizlik üzrə ümumi məsələlər
  • Keyfiyyətə Zəmanət üzrə nəzəri məşğələlər
  • Nəzəri qiymətləndirmə
  • Praktiki məşğələlər
  • Praktiki qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim