TCS-IVQ Level 2 | Kütlə ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi

Peşə Təhsili çeşidli tədris növlərindən biri olub, məqsədi az təcrübəli və ya təcrübəsiz işçilərdə geniş peşə sahələri üzrə tələb olan bacarıqları inkişaf etdirməkdir.

TCS müxtəlif sənaye sektorlarında texniki cəhətdən səriştəli kadrlara olan artan tələbatı qarşılamaq üçün Peşə Təhsili  çərçivəsində Beynəlxalq Peşə Proqramlarını  təqdim edir. Bu proqramlar texniki peşə təhsilinə oxşar olsa da, qısamüddətli peşə kursları şəklində hazırlanmışdır.

Hər hansı bir sahə üzrə peşə proqramını müvəffəqiyyətlə başa vuran namizədlərə TCS tərəfindən Azərbaycan Respublikasının daxilində və xaricində rəsmi olaraq tanınan beynəlxalq sertifikatlar və tövsiyə məktubları veriləcəkdir.

TCS IVQ proqramı normativ sənədlər və üstün sənaye təcrübəsinə istinadən həm yerli, həm də beynəlxalq tələblərə cavab verən standartlar əsasında hazırlanmışdır. Bu proqram Azərbaycanda və Beynəlxalq bazarda müxtlif sənaye sektorlarında çalışmaq arzusunda olanlar üçün nəzərdə tutulub.

Tədris prosesi həm nəzəri, həm də praktik şəkildə davam edir və praktiki hissə tədris prosesinin 50-80%-ni əhatə edir.

Kursun ətraflı təsviri aşağıdakı kimidir:

KURSUN MƏZMUNU:

  • Giriş
  • Metrologiya elmi haqqında ümumi məlumat
  • Metrologiyanın yaranma və inkişaf tarixi
  • Metrologiyanın əsas istiqamətləri
  • Metrologiyada tətbiq olunan əsas terminlər
  • Ölçmələrin vəhdəti haqqında Azərbaycan Respublikasının Qanunu
  • Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik bazası 
  • İstehsalatın metroloji təminatı
  • Ölçmə, ölçmələrin sinifləşdirilməsi və əsas xarakteristikaları
  • Fiziki kəmiyyətlər haqqında 
  • Beynəlxalq vahidlər sistemi (Sİ sistemi)
  • Ölçmə vasitələri haqqında məlumat
  • Ölçmə vasitələrinin xətaları və hesablanma qaydaları
  • Ölçmə vasitələrinin kalibrlənməsi
  • Ölçmə vasitələrinin yoxlanılması
  • Kalibrləmə ilə yoxlama arasındakı fərq
  • Kalibrləmənin izlənilməsi
  • İSO 17025:2005 beynəlxalq standartı
  • Kalibrlənmiş ölçmə vasitələrinin beynəlxalq standartlara uyğun sertifikatlarının və protokollarının tərtib edilməsi  
  • Etalonlar, nümunəvi və işçi ölçmə vasitələri
  • Metrologiya üzrə Beynəlxalq Təşkilatlar və onların vəzifələri
  • Kalibrlənmədə qeyri müəyyənliyin hesablanması qaydaları
  • Euramet cg 18 standartına əsasən kalibrləmə
  • Kalibrlənmə öncəsi hazırlıqlar və təhlükəsizlik tələbləri
  • Kalibrasiya prosesində lazım olan avadanlıqlar
  • Kalibrləmə nöqtələri
  • Qoşulma qaydaları
  • Ölçmə hesabtlarının hazırlanması
  • Nəzəri qiymətləndirmə
  • Praktiki məşğələlər
  • Praktiki qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim