Ofşor Kran Operatoru – Səviyyə 1

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Qanunlar təşkilatların bütün işçilərin, xüsusilə yüksək riskli fəaliyyətlərin baş verdiyi sahələrdə səriştəli olmasını təmin etməsini tələb edir.

“Sənaye Texnikaları Operatoru” təlim kursları, neft və qaz, tikinti, kimya, gəmiqayırma və s. daxil olmaqla, müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. “Sənaye Texnikaları Operatoru” kateqoriyasına daxil olan təlim kursları müxtəlif qaldırıcı maşınlarının istismarı ilə məşğul olan işçilərə fərqli bacarıq və səriştələr təqdim edir. AITT tərəfindən akkreditə olunmuş operator kurslarına Çəngəlli Yükləyici, Teleskopik Çəngəlli Yükqaldıran, Körpülü Kran, Avto-Yükləyici və bir çox digər sənaye texnikaları daxildir.

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib  edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

KURSUN MƏZMUNU:

  • Giriş
  • Müvafiq Qanunvericilik – BS7121 1, 2 və 11-ci hissələr; LOLER – EC-in (Avropa Birliyi) Direktivləri
  • Ümumi idarəetmə şəraiti
  • İşə icazə
  • Havanın və dənizin durumu
  • (Küləyin gücünügöstərən) Bofort şkalsı
  • Qaranlıq və pis hava şəraitində əməliyyatların yerinə yetirilməsi
  • Platformada verilən ümumi həyəcan siqnalı
  • Siqnalçı; əl işarələri; radio ilə işarələrin verilmə üsulları
  • “Kor” yükqaldırmalar
  • Kranın təhlükəsizlik avadanlıqları
  • Kran opratorunun məsuliyyəti
  • Kran avadanlıqları və onların funksiyaları
  • İş yerinin səliqə-sahmanı; müntəzəm texniki qulluq; sertifikatlaşdırma
  • Qeydiyyat jurnalları və qeydiyyatın aparılması
  • Kran əməliyyatı
  • Üst səviyyəli prosedurlar/hazırlıqlar
  • Yük sənədləri və yüklər
  • Təhlükəli mallar
  • Yüklərin boşaldılması/yüklənməsi
  • Yanacaqdoldurma şlanqları
  • Şvartovka (hörükləmə) prinsipləri
  • Xüsusi yükqaldırma əməliyyatları
  • Quyu (neft) xidmətləri
  • Dalğıc əməliyyatları
  • İşçilərin daşınması
  • Vertalyot hərəkətləri
  • Yaxınlıqda görülən işlər və istifadə öncəsi yoxlmalar
  • İş öncəsi prosedurlar
  • Təhlükəsiz yükqaldırma indikatoru və məlumat qeydedici cihaz (əgər quraşdırılıbsa)
  • Yük/radius limitləri
  • Təhlükəsiz yükqaldırma əməliyyatı
  • Avtomatik yüksəklik tarazlığı
  • Boş burazları kəsən dəzgah
  • Müxtəlif artıqyüklənmə hallarında qəzaların qarşısının alınması proseduru
  • Əməliyyatı dayandırma prosedurları
  • Əlaqədar yükqaldırma ləvazimatları
  • Dəniz qurğularında sənaye maşınlarının və mexanizmlərinin təhlükəsiz və səmərəli hərəkət etdirilməsi
  • Operatorun texniki qulluq prosedurları
  • Praktik məşğələ
  • Nəzəri qiymətləndirmə
  • Praktik qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim