Our Partnership with "Saglamliga Khidmat" Public Union!

Our Partnership with "Saglamliga Khidmat" Public Union!

"TCS"-in "Sağlamlığa Xidmət" ilə birgə əməkdaşlığı ilə “Azərbaycanda penitensiar sistemdə islahatlara əlavə dəstək- Spera 2” proqramı çərçivəsində Sağlamlığa Xidmət İctimai birliyi tərəfindən həyata keçirilən “Cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan şəxslərin peşə hazırlığı” layihəsi haqqında video çarx hazırlanıb.
Bu layihənin həyata keçirilməsinə “Sağlamlığa Xidmət” İctimai birliyi ilə birlikdə TCS Peşə Akademiyası da cəlb olunmuşdur.
Bu layihə çərçivəsində 122 nəfər təlimi müvəffəqiyyətlə bitirmiş və beynəlxalq sertifikatla təmin olunmuşdur. Təlimlərdə iştirak edən şəxslər 10 günlük təlim kursundan sonra qaynaqçı və SƏTƏM üzrə peşəyə yiyələniblər. 

“Cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan şəxslərin peşə hazırlığı” layihəsi üçün hazırlanmış video çarx: