Ətraf mühitin qorunması nəyi tələb edir?

Ətraf mühitin qorunması nəyi tələb edir?

01 Nov 2021

Bu gün insanların 40 %-dən çoxu ekoloji çirklənmənin ciddi dərəcədə olmadığını
düşünür, 65 %-dən çoxu ekoloji zərərli məhsullardan istifadə edir və bunu normal
qarşılayır, 70 %-dən çoxu ətraf mühütü qoruma işarələrini oxuya bilsə də buna
diqqət yetirmir, 80 %-dən çoxu isə müxtəlif tullantıları eyni zibil qutusuna atır.

Bəs bu münasibətin səbəbi nədir?

Ətraf mühütə vuduğumuz ziyanın əks təsirlərinin dərhal deyil, daha uzun vədədə
özünü göstərməsi cəmiyyətin ətraf mühütə diqqətsizliyinə, gələcəyi nəzərə almadan
təbiətdən istifadə etməsinə səbəb olur. Məhz buna görədir ki, insanlar gündəlik
fəaliyyətlərini planlaşdırarkən təbiətə vurulan ziyanı nəzərə almırlar. Nəticədə
mühüt getdikcə çirklənir, təbii qaynaqlar sürətlə tükənir.
Uzun illər ərzində həll olunmamış ekoloji problemlər üst-üstə yığılıb daha ciddi
problemlərə yol açır. Bu məqamda insanların, xüsusən də müəssisələrin işlərini
ekoloji standardlara uyğun şəkildə qurmasına, çirklənmənin minimuma
endirilməsi ilə bağlı maarifləndirilməyə, torpaq itkisi, sənaye və məişət
tullantılarının utilizasiyası, suların zərərli tullantılarla yarasız hala salınması və
hövzələrdə biomüxtəlifliyin azalması və havanın çirklənməsinin qarşısının alınması
və mövcud durumun qorunması üçün fərdi davranışlara yiyələnməsinə tələb
yaranır.

Mövcud vəziyyət ətraf mühütün mühafizəsi məsələsinin beynəlxalq təşkilatların
müzakirəyə çıxarmasına səbəb olur və beynəlxalq səviyyədə ekoloji strategiyanın
müəyyənləşdirilməsinə gətirib çıxarır. Ətraf mühütün mühafizəsi ekoloji hüquq
normalarına, qanunvericilik tələblərinə uyğun şəkildə və beynəlxalq, regional və
milli səviyyədə aparılmalı, insan həyatı və sağlamlığın mühafizəsi mütləq şəkildə
nəzərə alınmalıdır. Cəmiyyətin ətraf mühütlə qarşılıqlı təsiri zamanı kortəbii
davranışını dəyişib insanları təbiətdən şüurlu şəkildə yararlanmağa
istiqamətləndirmək əsas məqsəd olmalıdır.

Ətraf mühütlə bağlı verilən məlumatların məqsədi təbiəti və təbii resursları
qorumaq olmalıdır. Verilən ekoloji biliklər insanların davranışına da müsbət təsir
göstərilməlidir. Düzgün mariflənən insanlar ətraf mühüt problemlərinin həllində
aktiv mövqe tutaraq gələcək nəsillər üçün ekoloji təmiz bir mühüt yaratmış
olar.