Happy 15th Anniversary to us!

Happy 15th Anniversary to us!

14 May 2022

📢15 İllik Yubileyimiz Mübarək!😊 🎉

TCS-in yaranmasından artıq 15 il ötür. 2007-ci ildə təməli qoyulmuş TCS bu illər ərzində yerli şirkət olaraq böyük uğurlara imza atmışdır.
TCS neft-qaz, tikinti və sənayenin digər sahələrində ölkəmizdə ilk dəfə olaraq beynəlxalq standartlara uyğun və həmçinin xarici şirkətlərin tələblərini qarşılıya bilən təlim-tədris və mühəndislik xidmətləri göstərməkdədir. 
Bu 15 il ərzində məzunlarımız müvafiq peşələr üzrə dövlət və özəl sektorlarda çalışmaqla yanaşı dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərməkdədirlər.
Son illərdə uğurlarımız mühəndislik sahəsində də genişlənərək bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində müxtəlif peşəkar xidmətlərin göstərilməsi istiqamətində inkişaf etmişdir.
Bütün bu illər ərzində bizimlə çalışan və inkişafımızda zəhməti keçən hər kəsə səmimi təşəkkürümüzü bildiririk.
15 illik yubiley tədbirimizdən bəzi görüntüləri təqdim edirik.