Biz hər gün düşən əşyaların səbəb olduğu qəza və bədbəxt hadisələrlə üzləşirik. Bunlara misal yüksəklikdən düşən kiçik iş alətləri, nasazlıq səbəbindən parçalanan və ya qırılan əşyalar ola bilər. Bəs bu nə dərəcə ciddi bir məsələdir?
Neft və Qaz Sənayesində ölüm və ciddi yaralanmaların ilk 10 səbəbi arasında düşən əşyalar də göstərilir. Ölümlə nəticələnən qəzaların ilk üç səbəbləri bunlardır: yüksəklikdən düşmək, nəqliyyat vasitələri tərəfindən vurulmaq, düşən cisimlər nəticəsində yaralanmaq.
Bunların qarşısını almaq üçün biz nə etməliyik?
Sənayedə düşən əşyaların qarşısını almaq üçün bütün kök səbəblər diqqətə alınmalı və araşdırılmalıdır. Önəmli nöqtələri müəyyənləşdirərək bunları sənayedə səmərəli bir şəkildə: təcrübə, dərslər, texnika və avadanlıqlarla tətbiq etmək lazımdır.
Bu məsələ ilə bağlı Drops təşkilatı geniş miqyaslı işlər görür. 1990-cı illərin sonlarından etibarən DROPS düşən əşyaların qarşısının alınmasında qlobal bir resursa çevrilib.
İlk vaxtlar DROPS təşkilatı təkcə İngiltərədə və qazma sektorunu inkişaf etdirmək məqsədilə qurulmuşdu. Çünki qazma sektorunda baş verən bir çox hadisələrin səbəbinin düşən əşyalar olduğu müəyyən olundu. Təşkilatın başlatdığı çalışmalar öz nəticəsini verdi və bu sektorda inkişaf görülməyə başladı.
DROPS daha sonra əhatə dairəsini genişlədərərək qazma sektoru ilə yanaşı digər sektorlara da yönəldi. DROPS Asiya Çin, Avstraliya, İndoneziya, Malayziya, Tayland, Vyetnam, Cənubi Koreya və Sinqapur da daxil olmaqla bir çox bölgədə çox saylı tədbirlərə ev sahibliyi edir və hazırda 160-dan çox şirkət təşkilatın üzvüdür.
DROPS həmçinin yoxlama proqramları, məlumatlandırma videoları və təqdimatlar, təhlükəsizlik yoxlama siyahıları, təlimatlar, prosedurlar və ən yaxşı təcrübələr daxil olmaqla geniş alətlər və məhsullar istehsal edir.