tcs
17 illik uğurlarımız təcrübəmizdir!
Bu təcrübəmizi sizinlə bölüşürük.
Bu təcrübəmizi sizinlə bölüşürük.
TCS 2007-ci ildən bəri istər daxili, istərsə də xarici bazarda dövlət qurumları və özəl şirkətlər üçün peşəkar xidmətlər göstərməyi, eləcə də ekspert rəyi verməyi hədəf götürmüş beynəlxalq təşkilatdır. TCS işçilərin və avadanlıqların sertifikatlaşdırılmış olmasına xüsusi önəm verilən bir çox sənaye sahələrində Beynəlxalq Akkreditasiyaların tələblərinə uyğun Təlim/Tədris və Mühəndis Xidmətləri təklif edir. Biz müntəzəm olaraq öz fəaliyyətimizi ölçməklə, həmçinin beynəlxalq standarların və akkreditasiya orqanlarının tələbləri ilə müqayisələr aparmaqla işimizdə yüksək keyfiyyəti saxlamağa çalışırıq. Bizim sertifikatlı işçilərimiz qabaqcıl təlim proqramlarımız vasitəsilə yüksək peşəkarlıq səviyyəsinə nail olmuşlar. Biz yüksək etik normalara riayət edir və müştərilərimizlə açıq ünsiyyətə üstünlük veririk.
Biz biznes fəaliyyətimizi peşəkar səviyyədə aparacağıq və bu, bizim özümüzdə və biznesimizdə özünü bariz şəkildə göstərəcək. Biz müştərini onun özünəməxsus vəziyyətinə əsaslanaraq etibarlı, real və düzgün həlletmələrlə təmin edəcəyik. Bizim komanda əxlaqlı və mənəviyyatlı konsultant və təlimatçılardan ibarətdir.
Bizim üçün bilik komandamızın peşəkar təhsili, müştərilərimizə gərəkli və məntiqli dəyişikliklərin çətin prosesində məsləhət vermək, yol göstərmək və irəliyə aparmaq üçün zəruri olan texniki və analitik imkanlar verən digər mədəniyyətlərdən xəbərdar olmaq və təcrübi bacarıqlar deməkdir.
Biz qarşımıza, göstərdiyimiz xidmətin bütün aspektlərində üstünlüyə nail olmaq öhdəliyini qoymuşuq. Biz müştərilərimizi düşünürük, bizimlə biznes əlaqələri qurmaq asandır, biz müştərilərimizin tələblərini dinləyir və bu tələblərə cavab veririk. Biz hətta layihə bitəndən sonra belə müştərilərimizlə davamlı əlaqənin faydalı olduğuna inanırıq, çünki biz əsas diqqətimizi təkcə layihənin deyil, eləcə də bütün biznesin məhsuldarlığına yönəldirik.Biz, icraat və hesabat vermədə dayanıqlı üstünlüyə nail olmaq öhdəliyini qarşımıza məqsəd qoymuşuq.
Uğurun əsası komanda üzvlərimizdən qaynaqlanır və komanda olaraq çalışmaq bizim üçün həmişə olduğundan daha çox əhəmiyyət daşıyır. Bununla biz təşkilatımız daxilində birgə fəaliyyət göstərməyi, tələb olunduqda digər konsultantlarla əməkdaşlıq etməyi və müştəriləri komanda işimizə cəlb etməklə maksimal fayda verməyi nəzərdə tuturuq. Biz inanırıq ki, komandanın hər bir üzvü fərqlilik yaradır və bu üstünlük özü də üstünlük gətirir. Biz bir-birimizin qayğısına qalırıq. Biz, ən düzgün həll yolları tapmaq üçün bizim mütəxəssislərin innovativ ideya, fikir və perspektivlərinin formalaşmasına xidmət edən münbit bir mühit yaradırıq.
Biz keyfiyyətə dəyər veririk və xidmətlərimizin bütün sahələrində mükəmməlliyə nail olmağa qərarlıyıq.
Biz müştərilərimizə qarşı diqqətliyik, onların ehtiyaclarını dinləyir və cavablandırırıq.