Neft-Mədən Avadanlıqlarının Yoxlanması və Müayinəsi

TCS aşağıda adları çəkilən neft-qaz avadanlıqlarının yük testi, vizual müayinə, funksional testi, verifikasiya / kalibrasiya, təzyiq testi, qeyri-dağıdıcı üsullarlarla yoxlanması xidmətlərini göstərir:

  • Qoruyucu borular (kolonlar), quyudibi avadanlıqlar, qazma borularının və s. müayinəsi və sınaqdan keçirilməsi
  • Fontan armaturu, API flansları, təhlükəsizlik klapanları, sonluq birləşdiriciləri, yoxlama-nəzarət klapanları, birləşdirici hissələr / fırlanqıclar, atqı əleyhinə preventorlar və s. kimi quyuağzı avadanlıqların müayinəsi və sınaqdan keçirilməsi
  • Rotor qazma elementləri, zəncirlər və stroketlər, quyuların təmiri üçün avadanlıqlar və s. kimi qazma avadanlıqlarının müayinəsi və sınaqdan keçirilməsi
  • Kronblok, qarmaq bloku, liftlər, qazma bucurğadı və burazlar kimi buruğun qaldırıcı avadanlıqlarının müayinəsi və sınaqdan keçirilməsi.
  • İstehsalat çənləri, yığılıb-sökülən çənlər, montaj yerində qaynaq edilmiş çənlər, ərazidə qaynaq edilmiş çənlər, neft-qaz separatorları, neft yatağının qızdırıcıları, odluq kamerası, alov tutucular və s. müayinəsi və sınaqdan keçirilməsi
  • Quyu təzyiqinə nəzarət avadanlıqları və təzyiqsalma cihazlarının müayinəsi və sınaqdan keçirilməsi.
  • Qızdırıcı qurğunun boruları, qazan-utilizator, odluqlu sobalar, istilikdəyişdirici qurğular və s. kimi istilikötürmə avadanlıqlarının müayinəsi və sınaqdan keçirilməsi
  • Təzyiqsalma sisteminin avadanlıqlarının müayinəsi və sınaqdan keçirilməsi
  • Qazma qurğusunun müayinəsi

Neft-mədən avadanlıqlarının müayinəsi üzrə xidmətlərimiz BS, ISO, API, DS-1, ASTM, ASME və s. beynəlxalq standartlarına uyğun həyata keçirilir.

Qeydiyyat formu

Daha çox təlim