TCS aşağıda adları çəkilən yükqaldırma əməliyyatları və texniki dəstək üzrə xidmətlər göstərir:
- Yükqaldırma işləri üzrə səriştəli personalın və yükqaldırma avadanlıqlarının təmin olunması
- Yükqaldırma əməliyyatlarının planlaşdırılması və onlara nəzarət
- Mürəkkəb və kompleks yükqaldırma əməliyyatlarında texniki dəstəyin təmin olunması
- Yükqaldırma əməliyyatı aparılacaq ərazi üçün torpağın yükgötürmə qabiliyyətinin yoxlanması
- Yükqaldırma əməliyyatı ilə əlaqədar sənədlərin hazırlanması
- Takelaj anbarının (yükqaldırma avadanlıqlarının saxlanma anbarı) yaradılması və idarə olunması