3-cü İllik SƏTƏM Konfransı 2024

3-cü İllik SƏTƏM Konfransı 2024

📢 27 Aprel 2024-cü il tarixində “Holiday Inn” otelində RMP birliyinin təşkilatçılığı ilə 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunmuş 3-cü İllik SƏTƏM Konfransı baş tutdu!

270 nəfərdən çox yerli və xarici şirkət nümayəndələrinin iştirak etdiyi bu beynəlxalq tədbir Azərbaycanda SƏTƏM sahəsinin peşəkarlarını və bu sahə ilə maraqlananları bir araya gətirdi.

Konfrans iki hissəli olmaqla, birinci hissə üçün qeydiyyatdan keçmiş hər kəsin iştirakı ilə davam etdi. Hörmətli məruzəçilər konfransın mövzusuna uyğun olaraq fikir və təcrübələrini bölüşdü, iştirakçılarla ünsiyyət quraraq onların suallarını cavablandırdılar.

1-ci hissə biliyə əsaslanan müsabiqə ilə yekunlaşdı və burada qalib iştirakçılar 2024-cü il Ümumdünya Əməyin Mühafizəsi Günü Mükafatına layiq görüldülər.

Konfransın ikinci hissəsi müstəsna olaraq RMP və IOSH üzvləri üçün nəzərdə tutulmuşdu. IOSH Üzvlük Rəhbəri Tony Ginda və digər tanınmış SƏTƏM ekspertləri tərəfindən idarə olunan xüsusi sual-cavab və ünsiyyət sessiyası ilə tədbir tamamlandı.

Konfransın 2-ci hissəsində iştirak edən RMP və IOSH üzvlərinə xüsusi hədiyyələr təqdim edildi.

Konfransda Beynəlxalq təşkilatlar və şirkətlərlə yanaşı (IOSH, DNV, TCS, Turan&Drilling, North West Construction, Baktelecom, Aztelecom və s.) bir çox Təhsil Müəssisələri (ADNSU, AZMIU, BDU, Gəncə Aqrar Universiteti, SDU, Aviasiya Akademiyası, BANM, AZTU) də iştirak etdilər.

RMP birliyi Azərbaycanda bu kimi iri həcmli tədbirlərin keçirilmə səbəbini sağlamlıq, təhlükəsizlik və ekoloji risklərin idarə olunmasına dəstək olaraq açıqlamışdır.