Bir çox şirkətlər hansı sənayedə fəaliyyət göstərmələrindən asılı olaraq öz sistemlərininin və məhsullarının keyfiyyətini əldə etdikləri standartlar ilə sübut edirlər. Bu səbəbdən standartlaşdırılmış olmaq hazırkı dövrdə şirkətlər üçün vacib bir amildir.
API Q1/Q2 standartları Neft və Qaz Sənayesində Keyfiyyətli İdarəetmə Sisteminin standartları olaraq Amerika Neft İnstitutu (API) tərəfindən hazırlanmışdır. Bu standart sürətlə Neft və Qaz sənayesində əsas keyfiyyət standartına çevrilərək daha da geniş yayılmaqdadır.
API Q1 “Neft və Qaz sənayesində istehsalçı təşkilatlar üçün keyfiyyətli idarəetmə sisteminin tələblərinə dair spesifikasiya” adlı standarta əsaslanan bir sertifikatdır və yalnız API tərəfindən verilir. Bu sertifikat neft və qaz istehsalında istifadə olunan avadanlıq və ya komponentləri istehsal edən şirkətlər üçün nəzərdə tutulub. API Q1 sertifikatını əldə edərək siz, neft və qaz sənayesində ən yüksək keyfiyyətli məhsulları istehsal etməklə yanaşı keyfiyyət proseslərinin vacibliyini və bunun uzun müddətli müvəffəqiyyətə gətirib çıxaracağına inanan idarəetmə qrupuna da sahib olacaqsınız.
API Q2 sertifikatı isə neft və qaz sənayesində xidmət göstərən təşkilatlar üçün keyfiyyətli idarəetmə sisteminin (QMS) sertifikatıdır. Bu standartın sənayenin yaxşılaşdırılmasına yanaşması, neft və qaz avadanlığı istehsalçılarının məhsullarının təhlükəsizliyinə və davamlılığına sertifikat verən API Q1 ilə eynidir. API Q2 standartı xidmətlərin icrasına dair gözləntiləri müəyyənləşdirmək və standartlaşdırmaqla riskləri azaltmaq və xidmət keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur.
API Q1 və Q2 Keyfiyyət sistemi ISO 9001 Keyfiyyət sistemi ilə müqayisədə tələb olunan proseslər və uyğunluq baxımından daha spesifikdir. Bu standartlar sizə işinizdə sənədləşdirilmiş bir sistem istifadə etdiyinizə və məhsullarınızın müştəri tələblərinə cavab verməsi ilə yanaşı davamlı inkişafını da dəstəklədiyinə əmin olmağınızı təmin edir.