Görülən işin əminliyini təmin etmək və gələcəkdə yarana biləcək səhvlərin, fəsadların qarşısını almaq üçün cihazlar istehsalçının tövsiyəsi əsasında vaxtaşırı kalibrlənməlidir.
TCS (Engineering Solutions) artıq 2 ildir ki, kalibrləmə və yoxlama xidmətləri göstərir.
Qeyd edək ki, kalibrləmə / yoxlama xidmətləri TCS sahəsində və eyni zamanda Respublikada mövcud olan istər dövlət istərsə də özəl müəssisələrin kalibrləmə laboratoriyalarında aparılır.
TCS həmçinin “Azərbaycan Metrologiya İnstitutu” ilə müqaviləli şəkildə sıx əməkdaşlıq edir.
TCS aşağıda adları çəkilən ölçü cihazları üzrə kalibrləmə və yoxlama xidmətləri göstərir:
- Elektrik ölçmə cihazlarının kalibrlənməsi
- Təzyiq ölçən cihazların kalibrlənməsi (mexaniki və elektron)
- Temperatur və rütubət ölçmə cihazlarının kalibrlənməsi
- Müxtəlif növ çəki dinamometrlərinin (tərəzilərin) kalibrlənməsi
- Həndəsi ölçmə vasitələrinin kalibrlənməsi
- Qaz testerlərinin, alkometrlərin kalibrlənməsi
- Kimyəvi analiz edən cihazların kalibrlənməsi
- Sayğacların kalibrlənməsi
- İşıqlandırma və titrəmə cihazlarının kalibrlənməsi
Qeyd: Yuxarıda sadalanan və digər cihazların mexaniki və elektron növləri kalibrlənir.
Ölçmə cihazlarının kalibrlənməsi üzrə xidmətlərimiz beynəlxalq standartlara, müştəri tələblərinə və istehsalçının spesifikasiyalarına əsasən aparılır.
Bizimlə əlaqə üçün:
+994 12 515 33 19
+994 50 285 78 07
[email protected]