📢17 İldir Fəaliyyətinizdəyik! 🎉
Təməli 2007-ci ildə qoyulmuş TCS bu illər ərzində neft-qaz, tikinti və sənayenin digər sahələrində ölkəmizdə ilk dəfə olaraq beynəlxalq standartlara uyğun və həmçinin xarici şirkətlərin tələblərini qarşılaya bilən təlim-tədris və mühəndislik xidmətləri göstərmişdir.
Bu 17 il ərzində məzunlarımız müvafiq peşələr üzrə dövlət və özəl sektorlarda çalışmaqla yanaşı dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərməkdədirlər.
Bu müddət ərzində bizimlə bir yolda addımlayan, inkişafımıza dəstək olan hər kəsə dərin təşəkkürümüzü bildiririk!