İnsan həyatını xilas edən qaydalar ?!

İnsan həyatını xilas edən qaydalar ?!

29 Okt 2021

Son 10 ildə qarşısı alınması mümkün olan hadisələrdə 376 insan həyatını itirib. Daha öncəki illərə qayıtsaq, sənayenin daha az inkişaf etməsinə baxmayaraq baş verən hadisələrdə zərərçəkənlərin sayı son dövrə nisbətən dəfələrlə çox idi.

Aparılan araşdırmalar göstərir ki, sənayedə iş həcmi artsa da tətbiq olunan müasir standartlar, sistemlər və nəzarət mexanizmləri baş verən hadisələri azaltmağa xeyli kömək edir.

Buna baxmayaraq, hazırkı dövrdə sənaye sahələrində, xüsusən də böyük neft-qaz və tikinti layihələrində insan həyatına təhlükə yaradan hallar da az deyil. Səbəb isə müxtəlif ölkələrdəki fərqli qanunvericilik tələbləri, şirkətlər tərəfindən tətbiq olunan çox saylı qaydalar və işçilərin işə fərqli yanaşma mədəniyyəti ola bilər.
Bu səbəbləri aradan qaldırmaq məqsədilə IOGP (Beynəlxalq Neft və Qaz İstehsalçıları Birliyi) daha təhlükəsiz iş mühiti yaratmaq məqsədilə “BP 8 Golden Rules”, “Chevron 10 Golden Rules” və s. kimi mövcud qaydaları özündə əks etdirən və sənayedə hər kəs tərəfindən qəbul edilə biləcək yenilənmiş qaydalar toplularını hazırlamağı qərara aldı.

Sənayedə təhlükəni azaldan və insan həyatını xilas edən qaydalar hansılardır?

Life Saving Rules (Həyat Qurtaran Qaydalar) http://www.iogp.org/life-savingrules/