Netmak ilə Əməkdaşlığımız!

Netmak ilə Əməkdaşlığımız!

01 Noy 2021

Biz, TCS (Engineering Solutions) olaraq Netmak (Net Mak Metal Makine San ve Tic Ltd Sti) şirkəti ilə əməkdaşlıq etməkdən məmnunluq duyuruq.

TCS (Engineering Solutions) Türkiyənin Yükqaldırma Sənaye Avadanlıqları sahəsi üzrə 55 illik xidmət göstərən Netmak şirkəti ilə əməkdaşlıq çərçivəsində məhsullarının Azərbaycanda satışa çıxarılması və satış sonrası xidmətlərini təmin edir.

Qeyd edək ki, Netmak şirkəti öz məhsul markası olan NetLift ilə işləyərək biznes sahəsində qlobal lider olan bir çox şirkətlə sıx əməkdaşlıq edir. Eyni zamanda, NetLift məhsul markası dünyanın 77 ölkəsinə ixrac olunur.

Daşıma, qaldırma, yığma, şəxsi qoruyucu avadanlıqlar, hündürlükdə iş, yük və iş təhlükəsizliyi sahələri üzrə minlərlə məhsul növünə malik olan bu şirkət, müştəri istəyinə görə xüsusi olaraq dizayn edilmiş məhsulları ilə də xidmət göstərir.

Netmak, ölkə daxili və xaricində tövsiyə olunan, eləcə də dünyada tanınmış və qəbul edilmiş bir brend olaraq müxtəlif sənaye sahələri üzrə ixracatdakı uğurlu göstəricilərini davam etdirir.

Bizimlə əlaqə üçün:
☎️+994 12 515 33 19
📱+994 50 285 78 07
📧 operations@tcsgl.com