Sertifikatın Saxtalaşdırılması halları

Sertifikatın Saxtalaşdırılması halları

02 Noy 2021

Əvvəllər də qeyd etdiyimiz kimi TCS MMC tərəfindən təqdim olunan sertifikatların fərdi şəxslər və bəzi şirkətlər tərəfindən saxtalaşdırılması halları yenə təkrar olunur.

Xüsusilə, ölkə ərazisində istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması zamanı hüquq-mühafizə orqanlarına işçilərin səriştəliliyini təsdiq etmək məqsədilə hadisə iştirakçıları tərəfindən TCS şirkətindən alındığı iddia olunaraq təqdim edilən sertifikatların saxta olduğu aşkarlanmışdır.

Təbii olaraq, saxta sənədlər təqdim edən hüquqi və fiziki şəxslər barəsində hüquqi müstəvidə tədbirlər görülmüş və onlar qanunvericilikdə nəzərdə tutulmuş formada cinayət məsuliyyətinə cəlb olunmuşlar.

TCS şirkəti olaraq bir daha bəyan etmək istəyirik ki, təlimlərə qatılmaq yalnız sertifikat almaq üçün olmamalı, əsas məqsəd maariflənib bilikləri artırmaq olmalıdır. Təlim zamanı öyrənilən nəzəri biliklər sabah iş yerində işlərin düzgün formada aparılması deməkdir. Həmçinin, praktiki məşğələlər zamanı əldə edilən vərdişlər sabah istehsalatda xəsarətsiz işləmək deməkdir.

Aparılan statistik araşdırmalara əsasən, iş ərazisində baş verən qəzaların böyük bir hissəsi uyğun təlimlərin çatışmazlığı, təlimatlandırma və maarifləndirmə işlərinin aparılmaması və səriştəsiz/sertifikatsız işçilərin səbəbindən baş verir.

Son olaraq xatırlatmaq istərdik ki, veb səhifəmizdə yaradılmış “Sertifikatları Yoxlayın” adlı xidmətdən istifadə edərək maraqlı tərəflər onlara təqdim olunan sertifikatların həqiqiliyini/qüvvədə olmasını operativ şəkildə yoxlaya bilərlər.