Dünya Keyfiyyət Həftəsi 2022

Dünya Keyfiyyət Həftəsi 2022

📢 RMP üzvləri "Dünya Keyfiyyət Həftəsi 2022" tədbirində bir araya gəldilər!

İri həcmli forum və konfransların təşkilatçılığı ilə yaddaşlarda qalan RMP-Risk Menecment Peşəkarları birliyi “TCS” və “DNV” -in sponsorluğu ilə 12 noyabr 2022-ci il tarixində Bakıda “Holiday Inn” otelində "Dünya Keyfiyyət Həftəsi 2022" tədbirini keçirdi.

Sözü gedən tədbir saat 10:00-13:00 saat aralığına kimi davam etdi.

"Dünya Keyfiyyət Həftəsi 2022" tədbiri RMP birliyi və tədbirə təşkilati dəstək olan “TCS” və “DNV” şirkətləri haqqında olan maraqlı məlumatlar ilə açılış etdi.

Tədbir ideyanı dəstəkləyən mütəxəssislərin interaktiv müzakirələri ilə qonaqların marağına səbəb oldu.

“Keyfiyyət Təminatı” və “Keyfiyyətə Nəzarət” sahəsində çalışan qonaqlar bu tədbirdə bir araya gələrək komanda şəkilində verilən mövzuya uyğun öz təcrübələrini RMP ailəsi ilə paylaşaraq yeniliklərdən xəbərdar oldular.