Dünya Keyfiyyət Həftəsi 2024

Dünya Keyfiyyət Həftəsi 2024

📢RMP birliyinin təşəbbüsü ilə “Dünya Keyfiyyət Həftəsi 2024” tədbiri müvəffəqiyyətlə baş tutdu! 

Tədbir TCS, BOS Shelf və DNV şirkətlərinin təşkilati dəstəyi ilə 30 noyabr 2024-cü il tarixində "Badamdar Hotel & Residences" -də reallaşdı.

Saat 09:00-dan 13:00-a qədər davam edən bu tədbir keyfiyyət və idarəetmə sahələrində mühüm müzakirələrə ev sahibliyi etdi.

Bu tədbirdə bir çox yerli və xarici şirkətlərlə yanaşı, həmçinin universitetlər də (ADNSU, AZMİU, BANM, SDU, BSU, AZTU və s.) aktiv iştirak etdilər. 

Tədbir yalnız təqdimat və müzakirələrlə məhdudlaşmadı, eyni zamanda hər kəsin iştirakı ilə keyfiyyət sorğusu keçirildi. 130-dan çox tədbir iştirakçıları fərdi şəkildə təşkil edilmiş onlayn interaktiv yarışmada müvafiq verilən mövzulara uyğun olaraq aktiv iştirak etdilər və yarışma sonunda qaliblər RMP birliyi tərəfindən ənənəvi olaraq mükafat və sertifikatlarla təltif olundular.

Tədbirdə beynəlxalq miqyasda “Keyfiyyət Təminatı” və “Keyfiyyətə Nəzarət” sahəsində uğurlu nailiyyətlər əldə etmiş yerli və beynəlxalq şirkətlər arasında mükafatlandırma mərasimi baş tutdu.

Tədbir sonunda bütün iştirakçılara iştirak sertifikatı təqdim edildi.

RMP birliyi Azərbaycanda bu kimi tədbirlərin keçirilməsini keyfiyyət sahəsinin inkişaf etdirilməsi, təcrübələrin paylaşılması və gələcək üçün yeni yanaşmaların yaradılması məqsədi kimi görür.