Yanğınla Mübarizə

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Qanunlara görə, təşkilatların fövqəladə halların qarşısını almaq üçün prosedur və plan hazırlanması və hər hansı bir hadisə baş verməsi zamanı hazırlıqlı olması tələb olunur.

“Təcili Müdaxilə” təlim kursları, neft və qaz, inşaat, kimya, əczaçılıq, qida sənayesi, gəmiqayırma və s. ilə məhdudlaşmayan müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə dizayn edilmişdir. “Təcili Müdaxilə” kateqoriyasına daxil olan təlim kursları, fövqəladə halların qarşısını almaq məqsədilə yanğın söndürmə, ilk yardım, qapalı sahədən xilasetmə, hündürlükdən xilasetmə, sudan xilasetmə və s. bacarıqları təmin edir.

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib  edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

Aşağıdakılar kursun məzmununu əhatə edir:

KURSUN MƏZMUNU

  • Giriş
  • Yanğın nəzəriyyəsi
  • Materialların yanma xüsusiyyətləri
  • Yanğına nəzarət
  • Yanğının yayılması
  • Yanğının qabaqlanması
  • Yanğının aşkarlanması
  • Yanğının söndürülməsi
  • Binalarda yanğın təhlükəsizliyi
  • Fövqəladə təxliyə ardıcıllığı
  • Qeydlərin saxlanılması
  • Praktik tapşırıq
  • Nəzəri qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim