Təhlükəli Tullantıların Yerləşdirilməsi

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Qanunlar təşkilatların öz işçilərinə ətraf mühitin mühafizəsi ilə bağlı müvafiq məlumatların verilməsini tələb edir.

“Ətraf Mühit” təlim kursları, neft və qaz, inşaat, kimya, qida sənayesi, gəmiqayırma və s. daxil olmaqla müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. “Ətraf Mühit” kateqoriyasına daxil olan təlim kursları, müxtəlif səviyyələrdə işçilərin ətraf mühitə təsirini azaltmaq üçün əsas məlumat verir. Bu təlim kurslarına Ətraf Mühitin Əsasları, ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemləri, Ətraf Mühit aspektləri və Təsirin Təhlili, Tullantıların İdarə edilməsi və s. daxildir.

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

Aşağıdakılar kursun məzmununu əhatə edir:

Kursun məzmunu:

  • Giriş
  • Tullantıların idarə edilməsinin məqsədi
  • Beynəlxalq standartlar və yerli qanunvericiliyin tələbləri
  • Tullantıların idarə olunması prosedurunun məsuliyyəti
  • Təhlükəli tullantıların təsnifatı
  • Təhlükələr və risklərə nəzarət
  • Tullantıların idarə olunması iyerarxiyası
  • Təhlükəli tullantılarla əlaqəli qəza videosunun müzakirəsi
  • Sağlamlığa təsiri
  • İş yerlərində məruz qalma məhdudiyyətləri
  • Təhlükəli tullantıların saxlanması və idarə edilməsi
  • Yeraltı Anbarlar
  • Nəqliyyat konteynerinin markalanması və etiketlənməsi
  • İstifadə olunmuş Yağ İdarəetməsi
  • Fövqəladə Hallar (Yanğın, Sıçrama, İlk yardım)
  • Qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim