IOSH Təhlükəsiz İdarəetmə 5.0

İOSH Təhlükəsiz İdarəetmə kursu supervayzer, menecer və şöbə müdirlərinə öz komandalarının sağlamlıq və təhlükəsizliyini effektiv bir şəkildə idarə etmələri üçün lazım olan bilik və bacarıqları vermək məqsədi ilə təşkil olunub.

Otuz saatlıq kurs detallı və addım-addım idarə etməni əhatə edir və həmçinin çətin başa düşülən, anlaşılmayan leqal terminlər olmadan əsl biznes mühiti üzərinə fokuslanır.

Təlimdə menecerlərə yaxşı tanış olan aydın ssenarilər və real situasiyalarda onların bilməli olduqları yüksək dərəcədə texniki biliklər mövcuddur. Daha vacib olan odur ki, onlara sağlamlıq və təhlükəsizliyin nə üçün işlərinin ayrılmaz parçası olduğunu əyani olaraq göstərir.

Təlim müddətində iştirakçılar bütün digər biliklərlə yanaşı həmçinin risklərin necə tez və effektiv bir şəkildə qiymətləndirilməsini, audit və ölçmə prosesinin necə aparılmasını və təhlükələrin müəyyən edilməsi və onların nəzarətdə saxlanılması yollarını öyrənəcəklər.

Onlar həmçinin qanunvericiliklə bağlı dərin biliklər əldə edib əməyin təhlükəsizliyi və sağlamlıqla bağlı hüquq sisteminin necə çalışdığını görəcək, bunlarla yanaşı gündəlik iş həyatlarında ətraf mühiti qorumaq üçün hansı addımları atmalı olduqlarını öyrənəcəklər.

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçılar beynəlxalq səviyyədə tanınan Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun (IOSH) sertifikatını əldə edəcəklər.

 

KURSUN MƏZMUNU

  • Giriş
  • Təhlükələrin müəyyən edilməsi
  • Risklərin qiymətləndirilməsi
  • Risklərə nəzarət edilməsi
  • Təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi praktiki məşğələsi
  • Öhlədiklərin başa düşülməsi
  • Azərbaycan qanunvericiliyi
  • Qəza və hadisələrin tədqiqatı
  • Qəza və hadisələrin tədqiqatı ilə bağlı praktik məşğələ
  • Performansın ölçülməsi
  • Risklərin qiymətləndirilməsi layihəsi
  • Nəzəri qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim