Peşə Təhsili çeşidli tədris növlərindən biri olub, məqsədi az təcrübəli və ya təcrübəsiz işçilərdə geniş peşə sahələri üzrə tələb olan bacarıqları inkişaf etdirməkdir.
TCS müxtəlif sənaye sektorlarında texniki cəhətdən səriştəli kadrlara olan artan tələbatı qarşılamaq üçün Peşə Təhsili çərçivəsində Beynəlxalq Peşə Proqramlarını təqdim edir. Bu proqramlar texniki peşə təhsilinə oxşar olsa da, qısamüddətli peşə kursları şəklində hazırlanmışdır.
Hər hansı bir sahə üzrə peşə proqramını müvəffəqiyyətlə başa vuran namizədlərə TCS tərəfindən Azərbaycan Respublikasının daxilində və xaricində rəsmi olaraq tanınan beynəlxalq sertifikatlar və tövsiyə məktubları veriləcəkdir.
TCS IVQ proqramı normativ sənədlər və üstün sənaye təcrübəsinə istinadən həm yerli, həm də beynəlxalq tələblərə cavab verən standartlar əsasında hazırlanmışdır. Bu proqram Azərbaycanda və Beynəlxalq bazarda müxtlif sənaye sektorlarında çalışmaq arzusunda olanlar üçün nəzərdə tutulub.
Tədris prosesi həm nəzəri, həm də praktik şəkildə davam edir və praktiki hissə tədris prosesinin 50-80%-ni əhatə edir.
Kursun ətraflı təsviri aşağıdakı kimidir:
TCS Təlim Mərkəzi
40 saat
Azərbaycan
Min. 4 Maks. 8
3 il
Qeyd: Proqramı bitirən şəxslər sahə üzrə müvafiq peşə standartlarının tələbinə istinadən müəyyən edilmiş müddət ərzində öz peşələrini istifadə etmədikdə səriştəliliyinin yenidən qiymətləndirilməsinə cəlb oluna bilərlər.
Yoxdur
2 əd. pasport şəkli, Şəxsiyyət vəsiqəsi, FMV