Takelaj və Yükqaldırma Səviyyə 2

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Qanunlar təşkilatların bütün işçilərin, xüsusilə yüksək riskli fəaliyyətlərin baş verdiyi sahələrdə səriştəli olmasını təmin etməsini tələb edir.

“Yükqaldırma” təlim kursları, neft və qaz, inşaat, kimya, gəmiqayırma və s. daxil olmaqla müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. “Yükqaldırma” kateqoriyasına daxil olan təlim kursları, Yükqaldırma əməliyyatlarında iştirak edən işçilərə müxtəlif səviyyələrdə bacarıq və səriştə təmin edir. LEEA tərəfindən akkreditə olunmuş yükqaldırma təlim kurslarına Siqnalçı İlməkçi, Takelajçı Səviyyə 2-3, Yükqaldırma əməliyyatları üzrə Səlahiyyətli Şəxs və s. daxildir.

Ətraflı məlumat üçün 👉: LEEA accredited lifting training courses

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib  edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

Aşağıdakılar kursun məzmununu əhatə edir:

KURSUN MƏZMUNU:

  • Giriş
  • Qanun, Nizamnamə, Standartlar, Ən Yaxşı Təcrübə
  • Takelajçının Vəzifələri Və Təhlükəsizliyi
  • Təhlükəsizlik Tələbləri
  • Takelaj Anbarının Idarəedilməsi
  • Yükqaldırma Avadanlıqları Və Aksesuarları
  • Yüklərin Çəkisinin Hesablanması
  • Ağırlıq Mərkəzi
  • Kommunikasiya
  • Plana Uyğun İşləmək
  • Praktiki Məşğələ
  • Nəzəri Qiymətləndirmə
  • Praktiki Qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim