ASQ - Keyfiyyət 101

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Beynəlxalq standartlara görə müştərilərə çatdırılan məhsulların, xidmətlərin və bütün işlərin tələblərə cavab verdiyini təmin etmək vacibdir.

“Keyfiyyət/İdarəetmə” təlim kursları, neft və qaz, tikinti, kimya, gəmiqayırma və s. daxil olmaqla müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. “Keyfiyyət/İdarəetmə” kateqoriyasına daxil olan təlim kursları keyfiyyət təminatı və nəzarəti, habelə layihə və əməliyyatların idarə olunması ilə məşğul olan işçilərə fərqli bacarıq və səriştələr təqdim edir. Keyfiyyət/İdarəetmə təlim kurslarına NDT (VT, MPI, DPI, UT, EC), Boya Keyfiyyət Təftişi, ISO 9001 Keyfiyyət İdarəetmə Sistemləri, Daxili Audit, Layihələrin İdarə edilməsi və s. daxildir.

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib  edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

Aşağıdakılar kursun məzmununu əhatə edir:

KURSUN MƏZMUNU:

  • Giriş
  • Keyfiyyətin əsas anlayışları
    • Terminlər, konseptlər və prinsiplər
      • Keyfiyyətin tərifi
      • Keyfiyyət planı
      • Keyfiyyət sistemləri
      • Təşkilati mədəniyyət
      • İşçilərin cəlb edilməsi və səlahiyyətləndirilməsi
      • Sistemlər və proseslər
      • Dəyişmə
    • Keyfiyyətin faydaları
    • Keyfiyyətin əsasları
  • Komandanın əsas anlayışları
    • Komandanın təşkili
      • Komandanın məqsədi
      • Komanda növləri
      • Komanda dəyərləri
    • Vəzifə və məsuliyyətlər
    • Komanda formaları və qrup dinamikası
      • Komandanın təşviqi
      • Komanda üzvlərinin seçimi
      • Komanda mərhələləri
      • Komanda qərarları
  • Təkmilləşdirmə
    • Proses təkmilləşdirməsi
      • 6-siqma konsept və alətləri
      • Lean konsept və alətləri
      • Bençmarkinq
      • Mərhələli və sıçrayışlı təkmilləşdirmə
    • Təkmilləşdirmə texnikaları
    • Təkmilləşdirmə üsulları
    • Kök-səbəb analizi
    • Risklərin idarə olunması
  • Təchizatçılarla əlaqələr
    • Təchizatçı seçimi
    • Təchizatçı performansı
  • Müştərilərlə əlaqələr
    • Müştərinin tanınması
    • Müştərinin səsi
      • Məlumat toplanması və istifadəsi
      • Şikayət prosesi
    • Müştərinin ehtiyacları
  • Qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim