Təlimçi Təlimi (City & Guilds Tərəfindən Təlim Bacarıqları üzrə İlkin Səviyyə Kvalifikasiyası)

City & Guilds bu kvalifikasiyanı peşəkar şəkildə təlim verənlər və ya 16 yaşdan sonrakı təlim-tədris sektorunda işləyənlər üçün hazırlayıb. Proqram müxtəlif ölkələr, mədəniyyətlər və sənayelər üçün lazım olan bilik, bacarıq və fəaliyyətlərin beynəlxalq xarakterini əks etdirmək məqsədi ilə hazırlanıb.

Bu kvalifikasiya kimlər üçündür?

•    Əgər təlim keçirsinizsə və ya 16 yaşdan yuxarı şəxslərin təlim-tədrisi sektorunda işləyirsinizsə;
•    Əgər təlim və qiymətləndirmə sahəsində bilik və bacarıqlarınızı artırmaq tələb olunursa;
•    Əməkdaşlarının ixtisasını artırmaq istəyən təlim-tədris müəssisələri üçün;

Kvalifikasiya nəyi əhatə edir?

Bu kvalifiqasiya namizədlərə başqalarını necə öyrətmək və qiymətləndirmək barədə ilkin bacarıqları qazandırmaq məqsədilə hazırlanmışdır və aşağıdakıları əhatə edir:
•    Təlim və qiymətləndirmənin nəzəriyyəsinin əsasları
•    Praktiki tapşırıqlarla təlim keçmək üçün lazım olan bacarıqların nümayiş etdirilməsi
•    Qrup müzakirələri və bilikləri yoxlamaq üçün imtahan
•    Namizədlərin özlərinin seçdikləri mövzuda digərlərinə təlim keçmək metodu ilə praktik qiymətləndirilməsi

İnkişaf üçün hansı imkanlar var?

Bu kvalifikasiya həm City&Guilds çərçivəsində həm də ölkədaxilində inkişaf üçün imkanlar təqdim edir.
Məsələn, əgər namizədlər qəbul şərtlərini təmin edirsə, bu kvalifikasiyanın Üstün Diplom Səviyyəsinə qatılmaq mümkündür.

Qəbul tələbləri

Namizədlərin yetərli ingilis dili biliyi, oxu və yazı bacarığı olmalıdır.

Yaş məhdudiyyətləri

Yerli, regional və ya milli qanunvericilik başqa cür tələb etmədiyi təqdirdə, namizədlər üçün gözlənilən minimum yaş həddi 18-dir.

Struktur 
City & Guilds tərəfindən təqdim edilən bu kvalifikasiyanı əldə etmək üçün namizədlər ən az iki günlük (sizin təcrübə və bilik səviyyənizdən asılı olaraq müddət arta bilər) təlimə qatılmalı və digərlərinə təlim təşkil etmək və keçmək üçün lazım olan aşağıda qeyd olunan bilik və bacarıqları nümayiş etdirməlidirlər:
•    Hazırlıq
•    Təqdimat
•    Qiymətləndirmə 
Bu kvalifikasiya üçün namizədlər aşağıdakı qiymətləndirmələri uğurla tamamlamalıdırlar:
•    Praktiki təlim bacarıqları
•    Biliklərin qiymətləndirilməsi üçün test imtahanı

Ətraflı Məzmun
Bu kvalifikasiya müddətində təlimçi sizin aşağıda qeyd olunan mövzuları düzgün mənimsəmənizi və təcrübədə tətbiq etmənizi təmin edəcək:
-   İsinişmə
-   Əsas qaydalar
-   Təlim dövrü
-   İştirakçıları tanımaq
-   Təlimi planlaşdırmaq
-   Təlimi həyata keçirmək
-   Məqsəd və hədəflər
-   Diqqəti toplamaq və saxlamaq
-   Motivasiya
-   Öyrənmənin qiymətləndirilməsi
-   Rəy vermək
-   Dəyərləndirmə
Kvalifikasiya nəzəri və praktiki qiymətlənirmə ilə sona çatacaqdır.

İlkin Qiymətləndirmə: 
Kvalifikasiyaya başlamadan əvvəl siz hər hansı əlavə təlim ehtiyacınız olub olmadığını, həmçinin, sizin təcrübə və bacarığınıza uyğun olaraq sizə uyğun təlim müddətini təyin etmək üçün kiçik müsahibəyə dəvət olunacaqsınız. Bu həmçinin sizə çətinlik çəkə biləcəyiniz hissələri müəyyən etməyinizdə kömək edəcək.
Bu kvalifikasiyanın sizə uyğun olmasından əmin olmayınca heç bir ödəniş tələb olunmur.
Qiymətləndirmə Prosesi
Qiymətləndirmə Meyarı

Bu kvalifikasiya namizədlər tərəfindən təqdim olunan 10 dəqiqəlik təlim sessiyası və sonuncu gün keçirilən test imtahanı nəticəsi ilə qiymətləndirilir.

Sertifikasiya 
Namizədlər sertifikat almaq üçün bütün tələbləri uğurla yerinə yetirirlərsə, City & Guilds tərəfindən müvafiq sertifikatı alacaqlar.

Qeydiyyat formu

Daha çox təlim