CompEx Təməl

Təməl kurs, potensial təhlükəli mühitlərdə görülən işlərlə əlaqədar təhlükələri anlamaq üçün hazırlanmış qısa kursdur. Bu kurs xüsusi olaraq baş energetiklər, layihə rəhbərləri və ya sahə rəisləri, qeyri-peşəkarlar (Non-Practitioners) üçün partlayış təhlükəsi olan mühitlərdə işləyərkən mövcud təhlükələri daha yaxşı anlamaları və bu mühitlərdə təhlükəsiz iş metodlarının təşviq olunması üçün hazırlanmışdır.
Qiymətləndirmələr uğurla başa çatdıqdan sonra namizədlərə JTL-in beynəlxalq sertifikatı veriləcəkdir.

         

Kursun məzmunu:

  • Təhlükəli ərazidə təhlükəsiz tərzdə işləmək üçün IEC (Beynəlxalq Elektrotexnika Komissiyası) və ATEX (partlayış təhlükəsi olan mühit) üzrə norma, standart və tələblər
  • Təhlükəli ərazilərin təsnifatı və Alovlanma mənbələri
  • Qaz və buxarların xüsusiyyətləri
  • Tozların xüsusiyyətləri
  • Sahələrin təsnifatı
  • ATEX kateqoriyaları və IEC üzrə avadanlıqların qorunma səviyyəsi
  • Avadanlıqların qorunma növləri
  • Avadanlıqların inspeksiyası, texniki xidmət və təmiri

Qiymətləndirilmə şərtləri

  • 45 dəqiqə ərzində çox seçimli 30 sualdan ibarət sınağı uğurla başa vurmaq

Qeydiyyat formu

Daha çox təlim