Mexanikanın Əsasları

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Qanunlar təşkilatların bütün işçilərin, xüsusilə yüksək riskli fəaliyyətlərin baş verdiyi sahələrdə səriştəli olmasını təmin etməsini tələb edir.

“Mühəndislik” təlim kursları, neft və qaz, tikinti, kimya, gəmiqayırma və s. daxil olmaqla müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. “Mühəndislik” kateqoriyasına daxil olan təlim kursları, müxtəlif mühəndis fəaliyyətləri ilə məşğul olan işçilərə fərqli bacarıq və səriştələr təqdim edir. Mühəndislik təlim kurslarına Elektrik, Mexanik, COMPEX, Qazma və s. daxildir.

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib  edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

Aşağıdakılar kursun məzmununu əhatə edir:

Kursun məzmunu:

  • Giriş
  • Mexanika Nəyi Əhatə Edir və Mexanik Kimdir?
  • Mexaniki Avadanlıqların Təsnifatı
  • Dönən Avadanlıqların Təsnifatı
  • Sabit Avadanlıqların Təsnifatı
  • Boru Təchizatı və Montajı
  • Klapanların Təsnifatı
  • Nasosların Texniki Baxışı, Santrifüj nasosun profilaktik və proqnozlaşdırıcı istismarı
  • Araqatların Təsnifatı
  • Boltların Təsnifatı
  • Filter və Süzgəclər
  • Regenerator (İstilik dəyişdirici) Təsnifatı
  • Texniki Xidmət Növləri və Profilaktik, Proqnozlaşdırılan Texniki Xidmət Prosedurları
  • Ehtiyat Hissələri ilə İş
  • Mexaniki Çertyojlar, Ümumi Tənzimləmələr, Hissəli Çertyojlar
  • Boru Kəməri və Cihaz Diaqramı, Boru (sistemlərinin) İzometrikləri
  • Möhür Təsnifatı
  • Mexaniki Möhür Çertyojlarının Oxunuşları
  • Mexaniki Boru Planları və Tətbiqi
  • Kipkəc Paketləmə Qüsurları və Müəyyən edilməsi
  • Mexaniki Möhür Qüsurları və Müəyyən edilməsi
  • Boltların Fırladılması və Gərginlik Prosedurları
  • Qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim