Elektrik Avadanlıqlarının İstismar Zamanı Sınaqdan Keçirilməsi (PAT) 2377-22

Elektrik avadanlıqlarının istismar zamanı inspeksiyası və sınaqdan keçirilməsi təlimi (adətən “PAT Testing” adlanır) iştirakçılara elektrik avadanlıqlarının istismar zamanı inspeksiyası və test olunmasına dair nəzəri və praktiki biliklər verir. Bu ixtisas rəsmi vizual inspeksiyalar (yoxlamalar), elektrik avadanlıqlarının inspeksiyasını və testini həyata keçirmək istəyənlər; və ya bilik və bacarıqlarını artırmaq istəyənlər, elektrotexnika / tikinti xidmətləri sektorunda karyera qurmaq istəyənlər üçün hazırlanmışdır.

Bu ixtisaslar elektrik qurğularına texniki xidmət göstərilməsi üzrə inzibati vəzifələri yerinə yetirənlər və elektrik avadanlıqlarında praktiki yoxlama və sınaq işləri keçirənlər üçün nəzərdə tutulmuşdur.

     

Kursun məzmunu:

  • Qanuni və digər tələblər
  • Ölçmə vahidləri və təriflər
  • Avadanlıqların konstruksiyası və sinfi
  • İstismar zamanı inspeksiya və sınaq prosedurları
  • Birləşdirilmiş inspeksiya və sınaq
  • Sənədləşmə
  • Nümunə sınaqlar
  • İnspeksiya və sınaq təcrübəsi - I sinif məmulatlar
  • İnspeksiya və sınaq təcrübəsi - II sinif məmulatlar
  • Praktiki sınaq

Qiymətləndirilmə

Çox seçimli suallardan ibarət onlayn test

Qeydiyyat formu

Daha çox təlim