Mexaniki kipləşdirmə tutum (nasos, qarışdırıcılar və s.) içərisində mayeni saxlamaq üçün istifadə edilən bir cihazdır; nasosun valını təcrid edərək sızmanın qarşısını alır, eyni zamanda onun fırlanmasına imkan yaradır. O əsasən cihaz içərisində hər hansı formada sızmanı dayandırmaq üçün istifadə olunur. Mexaniki kipləşdirmə bir neçə müxtəlif növ komponentdən ibarət ola bilər, bunlardan bəziləri – hərəkətsiz üzük, manjet, silfon, əsas lövhə və fırlanan üzük. Mexaniki kipləşdirmələrdən qapalı sistemlərdə geniş istifadə olunur. Mexaniki kipləşdirmələr çox vaxt mürəkkəb olur. Mexaniki kipləşdirmələrə texniki xidmət göstərməkdən və ya onlarla işləmədən öncə texniki işçilərin əksəriyyəti mexaniki kipləşdirmələri istismar etmək qaydalarını öyrənməli və ya bu sahədə iş təcrübəsinə malik olmalıdırlar.
Üç günlük mexaniki kipləşdirmə kursu mexaniki kipləşdirmələrin istismarı sahəsində təcrübəsi az olan (və ya heç olmayan) texniki işçilər üçün çox yaxşı bir mənbədir. Bu kursda mexaniki kipləşdirmələrin funksiyaları və müasir praktikada tətbiqi haqqında vacib məlumatlar yer alır.
Kursun məzmunu sifarişçinin tələblərinə uyğun olaraq dəyişdirilə bilər.
TCS-in/Müştərinin sahəsi
5 gün
Azərbaycan /İngilis /Rus /Türk (tələbdən asılı olaraq)
Min. 4 Maks. 10 nəfər
3 il