Bu kursda potensial partlayış təhlükəsi olan mühit ilə əlaqəli tələblər və təhlükələr barədə ümumi məlumat verilir. Kursun məzmunu Avropa (ATEX) və dünya (IECEx) standartlarına dair əsas məlumatlar, o cümlədən terminologiya, avadanlıqların işarələnməsi üzrə tələblər, mühafizə anlayışları, alovlanma mənbələri, zonaların təsnifatı, qazlar, buxarlar və toz üzrə əsas texniki şərtlər daxildir.
İştirakçılar təhlükəli zonalarda istifadə olunan avadanlıqların qorunması anlayışlarının növləri barədə məlumatlılıqlarını və biliklərini nümayiş etdirə biləcəklər. Kurs həmçinin keçirilən materialların başa düşülməsi və əldə olunmuş biliklərin möhkəmləndirilməsi üçün praktiki sinif məşğələrindən ibarətdir.
TCS-in/Müştərinin sahəsi
3 gün
Azərbaycan /İngilis /Rus /Türk (tələbdən asılı olaraq)
Min. 4 – Maks. 6 nəfər
İştirakçılar iştirak barədə sertifikat alacaqlar.
Bu kurs təhlükəli ərazilərdə ilkin bilikləri və iş təcrübəsi olmayan, müəyyən bir vaxtda elementar anlayışlara ehtiyacı ola bilən şəxslər üçün nəzərdə tutulub. Elektriklər / Cihazlar üzrə texniklər, Mühəndislər