Radiasiya Təhlükəsizliyi (NORM – Təbiətdə rast gəlinən radioaktiv maddələr)

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Qanunlara görə hər kəsin təhlükəsiz iş prosedurlarını, qarşılaşa biləcəyi təhlükələri və işi təhlükəsiz yerinə yetirmək və idarə etmək üçün tələbləri bilməsinə hər zaman ehtiyac vardır.

Sağlamlıq və Təhlükəsizlik təlim kursları, neft və qaz, inşaat, kimya, əczaçılıq, qida sənayesi və s. daxil olmaqla müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. Sağlamlıq və Təhlükəsizlik kateqoriyasına daxil olan təlim kursları: IOSH MS, MIST, ISO 45001 PST İdarəetmə Sistemləri, Hüquqi və Digər Tələblər, Qəza və Hadisələrin Araşdırılması, Hündürlükdə İş, COSHH, Elektrik Təhlükəsizliyi, Sürücülük Təhlükəsizliyi, Radiasiya Təhlükəsizliyi və s. daxildir.

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

Aşağıdakılar kursun məzmununu əhatə edir:

KURSUN MƏZMUNU

  • Giriş
  • NORM-un mahiyyətinin anlaşılması
  • Şəraitə uyğun olaraq NOMR-un konsentratlaşması
  • İonlaşdırıcı şüalanmaya məruz qalmanın təhlükələri və məruz qalmanın “Praktiki cəhətdən mümkün qədər aşağı” (ALARP) olmasının vacibliyi
  • Necə və nə zaman təsirə məruzqalma məhdudlaşdırılmalı və NORM-la işləyən zaman iş yerində əsas hüquqi tələbləri qiymətləndirməli
  • Effektiv doza dərəcəsi və çirklənmənin effektiv monitorinq olunması və ölçmə nəticələrinin izahı
  • Təhlükəsizlik Prosedurlarının Əhəmiyyətini Anlamaq
  • Qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim