C&G tərəfindən Sağlamlıq və Təhlükəsizlik üzrə IVQ Bacarıq Sertifikatı

İVQ Sağlamlıq və Təhlükəsizlik üzrə bacarıqlar sertifikatı iş yerində əməyin mühafizəsi standartlarına riayət etməyin vacibliyini əks etdirir. Bu, Beynəlxalq Peşə Kvalifikasiyaları çərçivəsində hazırlanmış bacarıq və bilikləri dəstəkləmək üçün nəzərdə tutulmuşdur və iş mühitində olan hər bir şəxs üçün sağlamlıq və təhlükəsizliyin nəzəri və praktiki tərəfi ilə geniş tanışlıq təmin edir. Kvalifikasiyanın məzmunu müxtəlif ölkələr və ya mədəniyyətlər üçün zəruri olan bilik, bacarıq və fəaliyyətlərin beynəlxalq xarakterini əks etdirir.

Bu kvalifikasiya kimlər üçündür?

  • Dünyanın müxtəlif yerlərində müxtəlif vəzifələrdə və sahələrdə işləyənlər;
  • Müxtəlif iş təcrübəsi və təhsili olan namizədlər. Bu namizədlər iş yerində sağlamlığın və təhlükəsizliyin qorunması prosedurları haqqında heç bir rəsmi biliyə sahib olmayan və ya çox az olanlardır.

Kvalifikasiya nəyi əhatə edir?

Bu kvalifikasiyanı aşağıdakı mövzuları əhatə edir:

  • sağlamlıq və təhlükəsizliyin təminatı üçün öz məsuliyyətlərinizi başa düşmək
  • iş yerində sağlamlıq və təhlükəsizlik qaydalarını tətbiq etmək
  • prosedurları nəzarətdə saxlamaq.

İnkişaf üçün hansı imkanlar var?

Bu kvalifikasiya heç bir xüsusi vəzifəyə gətirib çıxarmır, lakin hər hansı bir vəzifədə və ya sənayedə işçilər üçün son dərəcə faydalıdır.

Qəbul tələbləri

Namizədlərin yetərli ingilis dili biliyi, oxu və yazı bacarığı olmalıdır.

Yaş məhdudiyyətləri

Yerli, regional və ya milli qanunvericilik başqa cür tələb etmədiyi təqdirdə, namizədlər üçün gözlənilən minimum yaş həddi 18-dir.

Struktur 
C&G tərəfindən Sağlamlıq və Təhlükəsizlik üzrə IVQ Bacarıq Sertifikatı almaq üçün namizədlər aşağıdakı qiymətləndirmədən uğurla keçməlidirlər:
[1100-01-001] Health and Safety Practice.

Bölmələr
10 01 Sağlamlıq və təhlükəsizliyi anlamaq – bu bölmənin məqsədi namizədləri aşağıdakılarla tanış etməkdir:
a.    öz fəaliyyət sahələri daxilində təhlükəsiz iş
b.    risk və təhlükələrin tanınması.
12 02 Təhlükəsiz iş metodlarından istifadə – bu bölmənin məqsədi namizədləri aşağıdakılarla tanış etməkdir:
a.    öz fəaliyyət sahələri daxilində təhlükəsiz iş
b.    risklərin və təhlükələrin qarşısının alınması və müvafiq hesabatın təqdim edilməsi ilə bağlı tədbirlərin görülməsi 
14 03 Sağlamlıq və təhlükəsizlik prosedurlarının hazırlanması – bu bölmənin məqsədi namizədləri aşağıdakılarla tanış etməkdir:
a.    işçinin sağlamlıq və təhlükəsizlik prosedurlarını nəzarət altında saxlamaq üçün məsuliyyəti
b.    işəgötürənin sağlamlıq və təhlükəsizlik prosedurlarını nəzarət altında saxlamaq üçün məsuliyyəti
c.    sağlamlıq və təhlükəsizlik sahəsində xarici təşkilatların rolu.

Əsas biliklərin qiymətləndirilməsi 
Bu proqramdakı bilik tələbləri, namizədin müəyyən bir fəaliyyətin səbəblərini başa düşdüyündən əmin olmaq üçün qiymətləndirmə zamanı suallar verməklə yoxlanılır. Suallar qiymətləndirmə zamanı və ya sonda verilə bilər.
Sertifikatı tam şəkildə almaq istəyən namizədlər real və ya simulyasiya edilmiş iş mühitində ən azı bir dəfə bütün praktik səriştələri uğurla nümayiş etdirməlidirlər.

Qiymətləndirmə prosesi 
Vaxt məhdudiyyətləri:
Qiymətləndirmələr təlimatçı və namizəd tərəfindən razılaşdırılmış istənilən vaxt aparıla bilər ki, hər bir namizədin praktiki qiymətləndirmə barədə şəxsi qeydləri olmalıdır.

Qiymətləndirmə meyarı
Bu kvalifikasiyada tapşırıqlar “uğurlu” və ya “uğursuz” kimi qiymətləndirilir.

Sertifikasiya 
Namizədlər sertifikat almaq üçün bütün tələbləri uğurla yerinə yetirirlərsə, City & Guilds tərəfindən müvafiq sertifikatı alacaqlar.

Qeydiyyat formu

Daha çox təlim