TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.
TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.
Qanunlar təşkilatların bütün işçilərin, xüsusilə yüksək riskli fəaliyyətlərin baş verdiyi sahələrdə səriştəli olmasını təmin etməsini tələb edir.
“Sənaye Xidmətləri” təlim kursları, neft və qaz, inşaat, kimya, gəmiqayırma və s. daxil olmaqla, müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. “Sənaye Xidmətləri” kateqoriyasına daxil olan təlim kursları, Hündürlük İşləri, Qumlama və Boyama və digər sənaye xidmətləri ilə məşğul olan işçilərə fərqli bacarıq və səriştələr təqdim edir. Sənaye Xidmətləri təlim kurslarına Sənaye Alpinizmi Səviyyə 1-2-3, Dəmirbəndçi Səviyyə 1-2-3, Qumlama və Boyama, Təzyiq Testi, Təzyiqlə Yuma və s. daxildir.
Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib edilə bilər.
İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.
Aşağıdakılar kursun məzmununu əhatə edir:
TCS-in sahəsi
5 gün
Azərbaycan / İngilis / Rus / Türk tələb olunduğu halda
Min. 4 - Maks. 6
3 il
- Təlim başlayanda ən az 18 yaş tamam olmuş olmalıdır
- Namizədlər fiziki cəhətdən sağlam və tibbi cəhətdən yararlı olmalı, onlarda təhlükəsiz şəkildə işləməyə mane ola biləcək hər hansı fiziki qüsur və ya tibbi vəziyyət qeydə alınmamalıdır.
- Adekvat yararlılıq səviyyəsinə malik olmalı, güc, cəldlik və koordinasiya baxımından gözlənilən tapşırıqları yerinə yetirməyə fiziki cəhətdən qabil olmalı və iş yerində isti, soyuq və digər əlverişsiz hava şəraiti kimi kənar amillərin təsirinə davam gətirə bilməlidir.
- Namizədlər təhlükəsiz işləməyə mane ola biləcək hər hansı tibbi qüsurların və ya əks-göstərişlərin onlarda olmadığını mütləq təsdiq etməlidirlər.
- Əgər namizədin sağlamlıq vəziyyətində əks tibbi göstərişlər varsa və ya hər hansı dərman müalicəsi alırsa, o sənaye alpinizmi işinə yararlı olması və dərman müalicəsinin hündürlükdə işləməyə mane olmadığı barədə həkimdən arayış almalı və bu sənədi təlim şirkətinə təqdim etməlidir.
Səviyyə 2-ə yüksəlmək istəyənlər:
- Vaxtı bitməmiş Səviyyə 1 sertifikatı
- Səviyyə 2 sertifikatının vaxtı bitmədən öncə ən az 12 ay təcrübə və minimum 1000 uçota alınmış iş saatı
- Vaxtı bitmiş Səviyyə 1 sertifikatla Səviyyə 2-ə yüksəlmək istəyənlər:
- İRATA akkreditasiyalı Səviyyə 1 təliminə qatılmalı və imtahanı uğurla keçib Səviyyə 1 sertifikatını yenidən almalı
- Bundan sonra minimum uçota alınmış 150 iş saatı olmalıdır
- Ümumilikdə uçot jurnalında minimum 1150 iş saatı qeydə alınmış olmalıdır.
Vaxtı bitmiş (6 aydan çox olmamaqla) Səviyyə 2 sertifikatını yeniləmək istəyənlər:
- Təkrar attestasiya təliminə qatılmalı.
Vaxtı keçmiş (6-24 ay arası) Səviyyə 2 sertifikatını yeniləmək istəyənlər:
- Səviyyə 2 təliminə qatılmadan əvvəl 1 günlük biliklərin yeniləməsi təliminə qatılmalı və bu təlimi uğurla bitirməli
Vaxtı keçmiş (24 aydan çox) Səviyyə 2 sertifikatını yeniləmək istəyənlər:
- İRATA akkreditasiyalı Səviyyə 1 təliminə qatılmalı və imtahanı uğurla keçib Səviyyə 1 sertifikatını yenidən almalı
- Bundan sonra minimum uçota alınmış 150 iş saatı olmalıdır
Tam FMV (Fərdi Mühafizə Vasitəsi), Uçot jurnalı, sertifikat.